🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp İrana 48 saat vaxt verdiyini açıqladı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib.
Tramp bu barədə “Truth Social” hesabında yazıb:
“İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınız? Vaxt bitmək üzrədir: onlara əsl cəhənnəm yaşatmaq üçün 48 saat qalıb.”
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İranla bağlı hərbi əməliyyatlara başladığı bildirilir. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü iddia olunur. Bu hadisələrdən sonra İran ABŞ, İsrail və onların müttəfiqlərinin regiondakı bazalarına zərbələr endirməyə başlayıb.