🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Analitiklər: Xameneinin öldürülməsinə baxmayaraq, rejim hakimiyyətdə qalır

Azərbaycan.media xəbər verir ki, ABŞ və İsrailin birgə kampaniyası keçmiş ali lider Əli Xameneinin öldürülməsi ilə nəticələnib, lakin onun oğlu və varisi Müctəba hələ də ictimaiyyət qarşısına çıxmayıb. Buna baxmayaraq, İran rejimi hakimiyyətdə qalır.
Axar.az⁠� xəbər verir ki, bu barədə Demokratiyanın Müdafiəsi Fondunun analitikləri Conatan Saye və Samuel Ben-Urun birgə yazısında qeyd ediblər. Yazıda vurğulanır ki, rejimin yaşaması hazırda parlamentin əsas fiqurlarından, SEPAH-dan, Ali Milli Təhlükəsizlik Şurasından, məhkəmə sistemindən və hüquq-mühafizə orqanlarından asılıdır.
Analitiklər İrana rəhbərlik edən əsas 5 şəxsi də təqdim ediblər:
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf
Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Məhəmməd Bağır Zülqədr
SEPAH-ın komandanı Əhməd Vahidi
İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei
İran hüquq-mühafizə orqanları idarəsinin rəhbəri Əhmədrza Radan
Qeyd edək ki, aprelin 1-də “Əl Hədəs” nəşri İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülməsi barədə məlumat yayıb.