Azərbaycan.media xəbər verir ki, bu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanı 423 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 46% çoxdur.
ADY-dən “APA�-Economics”ə verilən məlumata görə, mart ayında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin mart göstəricisindən 94% yüksək olmaqla, eyni zamanda aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.
Bundan başqa, mart ayında Bakı Limanının Ümumi yüklər terminalına 78 gəmi yanaşıb ki, bu da liman üçün yeni rekord hesab olunur.
