🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Bakıda və rayonlarda hava necə olacaq?

Azərbaycan.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə ediləcək, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12°, gündüz isə 15-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-80 %, gündüz 60-70 % olacaq.
Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, şimşək çaxması, dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, şərq küləyi bəzi bölgələrdə güclənəcək.
Havanın temperaturu gecə 9-12°, gündüz 18-23° isti olacaq; dağlarda isə gecə 3-8°, gündüz 13-18° isti proqnozlaşdırılır.