🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AMB-da kadr dəyişməsi: Satınalmalar departamentinin rəhbəri vəzifəsini tərk etdi

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
A. Nağıyevin yerinə hələ ki yeni təyinat olmayıb.
Qeyd olunur ki, Ayaz Nağıyev 2024-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Bundan əvvəl o, “Azərsun Holdinq” MMC, “Central National Gottesman Inc” və “PAŞA Bank” ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə çalışmış, bu sahədə 10 ildən artıq təcrübəyə malikdir.