Azərbaycan.media xəbər verir ki, Müctəba Xameneinin səhhəti ilə bağlı beynəlxalq mediada bir-birinə zidd iddialar səsləndirilir.
Belə ki, The Times nəşri ABŞ və İsrail kəşfiyyatına istinadən onun ağır vəziyyətdə olduğunu və Qum şəhərində müalicə aldığını yazıb. İddialara görə, o, hazırda huşsuz vəziyyətdədir və qərarların qəbulunda iştirak edə bilmir.
Xatırladaq ki, daha əvvəl Küveytin “AJ Jarida” nəşri Müctəba Xameneinin aviazərbələr nəticəsində yaralandıqdan sonra Rusiyaya aparıldığı və Moskvada yerləşən özəl xəstəxanada müalicə olunduğu barədə məlumat yaymışdı.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə bu iddiaları təkzib edərək, onun səhhətinin yaxşı olduğunu bildirib. Qeyd olunub ki, Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması mövcud təhlükəsizlik tədbirləri və davam edən hərbi şəraitlə əlaqədardır.
