🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzər dənizində ardıcıl zəlzələlər qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu Xəzər dənizində zəlzələlərin baş verdiyini açıqlayıb.
Bildirilib ki, ilk yeraltı təkanın maqnitudası 4,3 olub. Zəlzələnin ocağı 77 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, daha sonra eyni ərazidə ikinci zəlzələ də qeydə alınıb. Yerli vaxtla saat 07:35-də baş verən təkanın maqnitudası 3,0 olub. Bu zəlzələnin ocağı isə 72 kilometr dərinlikdə yerləşib.