Azərbaycan.media xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi son sutka ərzində İsrail ərazisində İran və Hizbullah tərəfindən həyata keçirilən hücumlar nəticəsində 148 nəfərin xəsarət alaraq xəstəxanalara yerləşdirildiyini açıqlayıb.
Qurumun məlumatına görə, müharibə başlayandan bəri ölkədə yaralananların ümumi sayı 6500-ü ötüb.
Bildirilir ki, xəstəxanalara aparılan 6594 nəfərin böyük əksəriyyəti artıq müalicə olunaraq evə buraxılıb.
