Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv edilib.
Məlumata görə, ləğv edilən şöbənin bazasında yeni idarəetmə forması tətbiq olunub. Belə ki, onun əvəzinə müstəqil Media ilə iş sektoru yaradılıb.
Eyni zamanda Nazirlikdə əlavə olaraq Kommunikasiya sektoru da formalaşdırılıb. Bu dəyişikliklərin informasiya siyasətinin daha çevik və effektiv təşkili məqsədi daşıdığı bildirilir.
Qeyd edək ki, ləğv edilən Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.
