🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda yağış səbəbindən hava limanı yolunda sürət həddi azaldılıb

Azərbaycan.media xəbər verir ki, Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat-a endirilib.
Məlumata görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama yayıb. Qeyd olunub ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.
Bununla yanaşı, bütün tablolarda “sürüşkən yol” işarəsi yerləşdirilib.
Sürücülərə müəyyən olunan sürət həddinə əməl etmələri tövsiyə olunur.