🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Özüm də bir vətən

Bir qazinin dilindən

Kür ilə Arazın qovuşduğu yer
Mənim gözlərimin içidi elə.
Gözlərim o boyda Araz, Kür çayın,
Baxın e, gətirir sonda bir yerə.

Özüm də bir vətən, elin yarısı,
Cənublu, şimallı yolun yarısı,
Mən də Bakımızın olum yarısı,
Dəyişən deyiləm, kiməsə görə.

Azərbaycan kimi o gözəl adı
Qanım, torpağımın üstünə yazdı.
Qisas almasaydım yağı düşməndən,
İçimdəki mən də heç mən olmazdı.
İnanın, ölərdim göz görə-görə.

Şairlər adıma şeir yazmazdı,
Analar mənimçün süfrə açmazdı,
Qarabağsız gözüm yuxu yatmazdı,
Görünə bilməzdim onda gözlərə.

Xalq mənə qeyrətsiz sözün deyərdi,
İçimi, içimdən kədər yeyərdi.
Qalib gəlməsəydim, vallah, ölərdim,
Qovuşa bilməzdi ruhum göylərə.

Müəllif: Fuad Biləsuvarlı

04 aprel, saat 16:59

Mənbə: Azərbaycan.media