🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dumanlı hava ilə bağlı SON TARİX açıqlandı – nə vaxt səngiyəcək?

Azərbaycan.media xəbər verir ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin yaxın günlərdə tədricən zəifləyəcəyi bildirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, duman aprelin 4-ü gündüz saatlarından etibarən tədricən seyrələcək. Eyni zamanda, cənub-şərq küləyinin istiqaməti dəyişərək şimal-qərb küləyi ilə əvəz olunacaq.
Qeyd edilib ki, Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə müşahidə edilən bu hava şəraiti əsasən mövsümi meteoroloji amillərlə bağlıdır. Gecə və səhər saatlarında nisbi rütubətin artması, yer səthinə yaxın qatlarda temperatur inversiyasının yaranması havanın durğunlaşmasına səbəb olur ki, bu da dumanın formalaşmasına şərait yaradır.
Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, son illərdə iqlim dəyişiklikləri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində müəyyən dəyişikliklər müşahidə olunur. Mövcud vəziyyət də məhz atmosfer proseslərinin dəyişkənliyi ilə izah edilir.