Azərbaycan.media xəbər verir ki, Körfəz ölkələri İran ətrafındakı gərginlik fonunda Hörmüz boğazına alternativ neft kəmərlərinin tikintisini nəzərdən keçirirlər.
“Faynənşl Tayms” nəşrinin məlumatına görə, yeni marşrutlar boğazdan asılılığı azalda bilər, lakin onların reallaşdırılması həm baha başa gələcək, həm də illərlə davam edə bilər.
Eyni zamanda, Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri də daxil olmaqla, mövcud neft kəmərlərinin fəaliyyətinin genişləndirilməsi də müzakirə mövzusudur.
Nəşr vurğulayıb ki, əvvəllər bu cür layihələr yüksək maliyyə xərci və texniki çətinliklər səbəbindən təxirə salınırdı, lakin hazırkı regional böhran alternativ ixrac marşrutlarına marağı artırıb. Qərarlar isə Hörmüz boğazı ətrafındakı gərginliyin gələcək inkişafından asılı olacaq.
