Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərini qəbul edərkən Orta Dəhlizin hər bir ölkənin marağına xidmət etdiyini vurğulayıb.
Dövlətimizin başçısı xüsusilə indiki geosiyasi vəziyyət fonunda Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələrinin strateji əhəmiyyətinin artdığını bildirib. Prezident qeyd edib ki, Azərbaycan ərazisində bu layihələr üzrə işlərin böyük hissəsi artıq tamamlanıb: həm dəmir yolları, həm Bakı Ticarət Limanı, həm avtomobil yolları, həm də hava limanları tam hazır vəziyyətə gətirilib.
İlham Əliyev bu infrastrukturun regional əməkdaşlıq və ticarət əlaqələrinin inkişafında önəmli rol oynayacağını qeyd edib.
