🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Küveytə raket və PUA hücumu: hava hücumundan müdafiə sistemi işə düşdü

Azərbaycan.media xəbər verir ki, Küveytin hava hücumundan müdafiə sistemləri ölkənin hava sahəsinə daxil olan 3 ballistik raketi və 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Məlumata görə, hadisə ilə bağlı açıqlama Küveyt Müdafiə Nazirliyi tərəfindən yayılıb. Bildirilib ki, hücum zamanı İran Küveyt Beynəlxalq Hava Limanı ərazisində yerləşən yanacaq anbarını hədəf alıb.
Hücum nəticəsində baş verən yanğın operativ şəkildə söndürülüb. Eyni zamanda, havada zərərsizləşdirilən raketin qəlpələrinin yaşayış binasına düşdüyü qeyd olunub.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.