🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Apreldə maqnit qasırğaları güclənəcək – təhlükəli günlər açıqlandı

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin aprel ayının geomaqnit baxımdan nisbətən sakit başlanacağı gözlənilsə də, ay ərzində Yer kürəsində maqnit qasırğalarının aktivliyi artacaq.
İlkin proqnozlara əsasən, xüsusilə aşağıdakı tarixlərdə G1 və G2 səviyyəli maqnit fırtınalarının baş verməsi ehtimal olunur:

4 aprel
9 aprel
10 aprel
11 aprel
18 aprel
19 aprel

Bununla yanaşı, bəzi günlərdə geomaqnit şəraitinin nisbətən sabit olacağı gözlənilir:

3 aprel
6 aprel
12 aprel
20 aprel
21 aprel
25 aprel

Mütəxəssislər bildirirlər ki, bu cür qasırğalar Günəşdən gələn enerjinin Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır və proqnozlar ay ərzində dəyişə bilər.
Qeyd olunur ki, maqnit qasırğaları zamanı hava dəyişikliklərinə həssas insanlarda baş ağrısı, halsızlıq, başgicəllənmə, təzyiq dəyişkənliyi və ürək ritmində pozuntular müşahidə oluna bilər.
Həkimlər belə günlərdə düzgün yuxu rejiminə əməl etməyi, stressdən uzaq durmağı, yağlı qidalar, qəhvə və spirtli içkilərin qəbulunu azaltmağı, daha çox su və bitki çayları içməyi, həmçinin açıq havada gəzintiləri artırmağı tövsiyə edirlər.