🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ ordusu İranla qarşıdurmada milyonlarla dollar dəyərində PUA itirib

Azərbaycan.media xəbər verir ki, CBS News telekanalının yaydığı məlumata görə, ABŞ ordusu İranla müharibə şəraitində indiyədək 15 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatını itirib.
Məlumata əsasən, “MQ-9 Reaper” tipli bir PUA-nın qiyməti təxminən 30 milyon dollar təşkil edir. Bu isə o deməkdir ki, yalnız bu aparatların vurulması nəticəsində ABŞ ordusuna dəyən ümumi maddi zərər təxminən 450 milyon dollara çatır.