🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Azərbaycana təşəkkür etdi: İrana humanitar yardım çatdırılır

Azərbaycan.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın İrana humanitar yardımın çatdırılmasında göstərilən dəstəyə görə Azərbaycana minnətdar olduğunu bildirib.
Diplomat bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya İran əhalisinə humanitar yardım göstərməyə davam edir. O, dərman vasitələrindən ibarət ikinci humanitar yardım partiyasının martın 27-də Astarada – İran-Azərbaycan sərhədində təhvil verildiyini xatırladıb.
Məlumata görə, dəmir yolu ilə çatdırılan humanitar yardımın ümumi çəkisi 300 tondan çox olub. Eyni zamanda, Dağıstan Respublikasından toplanmış əlavə təxminən 150 ton yük avtomobilləri ilə Astaraya gətirilib.