🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Azərbaycan alüminiumu” ASC ləğv olunur – aktivlər başqa quruma verilir

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan alüminiumu” ASC ləğv ediləcək. Bu barədə İlham Əliyev tərəfindən imzalanan Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair tədbirlərlə bağlı sərəncamda qeyd olunub.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə “Azərbaycan alüminiumu” ASC-nin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının ödənilməsi tapşırılıb. Bu ödənişlər dövlət büdcəsi vəsaiti və ya qanunvericilikdə nəzərdə tutulan digər maliyyə mənbələri hesabına, müvafiq təsdiqedici sənədlər təqdim edildikdən sonra bir ay müddətində həyata keçirilməlidir.
Eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqi qarşıya qoyulan tapşırıqlardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.