Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatlarda iştirak etmədiyinə görə Böyük Britaniyanı yenidən tənqid edib.
O, bu fikirləri The Telegraph qəzetinə verdiyi müsahibədə səsləndirib.
ABŞ lideri Böyük Britaniyanın Baş naziri Keir Starmer barədə də narazılığını ifadə edib. Tramp bildirib ki, Britaniyanın hərbi dəniz qüvvələri zəif vəziyyətdədir:
“Sizin (Britaniyanın) heç donanmanız belə yoxdur. Sizinki çox köhnədir və təyyarədaşıyan gəmiləriniz isə işləmədi. Starmerə nə edəcəyini deməyəcəm. Nə istəyirsə edə bilər. Mənim üçün fərqi yoxdur. Onun istədiyi ancaq bahalı külək dəyirmanlarıdır. Hansılar ki, sizin enerji qiymətlərinizi tavana yüksəldir”, – deyə o qeyd edib.
