Azərbaycan.media xəbər verir ki, aprelin 2-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, Bakı və Abşeron yarımadası ərazisində hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Səhər saatlarında ayrı-ayrı ərazilərdə duman müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz isə 14-18° isti təşkil edəcək. Atmosfer təzyiqinin 762 mm civə sütunundan 758 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 70-80 % olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, lakin gecəyə doğru bəzi bölgələrdə yağıntı ehtimalı var. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
