Azərbaycan.media xəbər verir ki, Rusiya Luqansk vilayəti ərazisinin tam nəzarətə götürüldüyünü açıqlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Luqansk Xalq Respublikası” adlandırılan ərazinin “azad edilməsi” başa çatdırılıb.
Məlumatda qeyd olunub ki, Qərb qoşun qruplaşmasının bölmələri əməliyyatları tamamlayaraq vilayətin tam nəzarətə götürülməsini təmin edib.
Qeyd edək ki, Luqansk vilayəti beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınır.
