🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan qızılbalıq idxalını azaldıb: əsas tədarükçü Norveçdir

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan 334 min ABŞ dolları dəyərində 37,8 ton qızılbalıq idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19 %, kəmiyyət baxımından isə 48 % azdır.
Hesabat dövründə idxalın əsas hissəsi Norveçin payına düşüb. Belə ki, bu ölkədən 268,5 min ABŞ dolları dəyərində 25,8 ton qızılbalıq alınıb ki, bu da illik müqayisədə dəyər baxımından 4 dəfə, həcm baxımından isə 5 dəfə artım deməkdir.
Bundan əlavə, Azərbaycan Kanadadan 44 min ABŞ dolları dəyərində 7,9 ton, Estoniyadan 14,6 min ABŞ dolları dəyərində 3,8 ton qızılbalıq idxal edib. Türkiyə və Belarusdan idxal isə kəskin şəkildə azalıb.
Qeyd edək ki, Azərbaycan 1 il 3 aylıq fasilədən sonra Kanadadan qızılbalıq tədarükünü yenidən bərpa edib.