🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiyanın ali məktəblərinə müqaviləli hərbi xidmət planı verilib

Azərbaycan.media xəbər verir ki, Rusiya Elm və Ali Təhsil Naziri Valeri Falkov 2026-cı ilin əvvəlində rektorlarla keçirdiyi görüşdə ali məktəblərdə müqaviləli hərbi xidmətlə bağlı yeni tapşırıq açıqlayıb.
Məlumata görə, ölkə universitetlərində təhsil alan tələbələrin azı 2%-i Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır. Planın icrası nəticəsində orduya 44 min nəfərin cəlb olunması mümkündür, kollec tələbələri də nəzərə alınarsa, bu rəqəm 76 minə qədər arta bilər.
Bildirilir ki, prosesdə əsas diqqət aşağı akademik göstəricilərə malik tələbələrə yönəldilir.