Azərbaycan.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin kompleks yoxlamasının nəticələrinə həsr olunan iclasda çıxış edərək bildirib ki, ölkə müharibəyə hazırdır, lakin onu istəmir.
Lukaşenko qeyd edib: “Sülh dövrü ola bilməz. Biz müharibəyə hazırlaşırıq. Biz müharibəyə tamamilə qarşıyıq, xüsusilə zabitlərimiz, əsgərlərimiz və silahlı qüvvələrimiz. Çünki biz müharibənin nə olduğunu bilirik və onu istəmirik, amma ordu məhz buna hazırdır. Əgər kimsə bizimlə silah nişangahından danışmaq və baxmaq istəsə, cavab verəcəyik. Biz buna hazırlaşırıq”.
