🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aprel döyüşlərindən 10 il keçir: Lələtəpədə şəhidlər anılıb

Azərbaycan.media xəbər verir ki, Aprel döyüşlərinin başlanmasından 10 il ötür. İldönümü münasibətilə döyüşlərdə iştirak etmiş bir qrup keçmiş hərbçi Lələtəpə yüksəkliyini ziyarət edib.
Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, onların göstərdikləri qəhrəmanlıqlar xüsusi vurğulanıb.
Qeyd edək ki, Lələtəpə yüksəkliyi Aprel döyüşləri zamanı azad edilən ən mühüm strateji mövqelərdən biri olub. Bu yüksəklik üzərində nəzarətin bərpası regionda hərbi üstünlüyün təmin olunmasında mühüm rol oynayıb.
Keçmiş hərbçilər çıxışlarında bildiriblər ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və döyüş ruhunu nümayiş etdirib, sonrakı illərdə əldə olunan uğurların, o cümlədən Vətən müharibəsində qazanılan Zəfərin əsasını təşkil edib.
Onların sözlərinə görə, bu cür anım tədbirləri gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.