Azərbaycan.media xəbər verir ki, paytaxtın Xətai rayonunda yerləşən telefon mağazasından martın 29-da ümumi dəyəri 12 000 manat olan mobil telefonlar oğurlanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb. Araşdırmalar göstərib ki, o, mağazanın şüşəsini sındıraraq içəri daxil olub və telefonları oğurlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırmalar Xətai RPİ-də davam etdirilir.
