Azərbaycan.media xəbər verir ki, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində mina hadisəsi baş verib. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
