N
Azərbaycan.media xəbər verir ki, rusiyalı qastroenteroloq Olqa Suxareva “Telegram” kanalında beş qidalanma vərdişinə yiyələnməklə sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmağın mümkün olduğunu bildirib.
Suxarevanın tövsiyələri bunlardır:
Hər yeməkdə tərəvəz yemək – Hər qida qəbulu zamanı tərəvəzlərdən istifadə etmək sağlamlıq üçün əsasdır.
Adı çörəyi tamtaxıllı çörəklə əvəz etmək – Tam taxıllı çörək aşağı qlükoza səviyyəsinə malikdir və lif baxımından zəngindir.
Gündə bir ovuc qoz-fındıq və ya tum yemək – Onlar zülal, mikroelementlər, vitaminlər və faydalı yağlarla zəngindir.
Fermentləşdirilmiş süd məhsulu qəbul etmək – Bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün gündəlik rasiona ən azı bir fermentləşdirilmiş süd məhsulu daxil edilməlidir.
Gündə iki-üç stəkan yaşıl çay içmək – Antioksidantlar baxımından faydalıdır. Suxareva əlavə edib ki, dəmirin udulmasını pozmamaq üçün yaşıl çayı qidadan ayrı qəbul etmək daha məqsədəuyğundur.
