🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xatirə İslam: “Məni istəməyən insanın salamını yalandan alıram”

Azərbaycan.media xəbər verir ki, Xatirə İslam ətrafındakı insanların ona qarşı münasibətinin səmimi olub-olmadığını asanlıqla hiss etdiyini deyib.
Sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. O bildirib ki, illər keçdikcə insanları daha yaxşı tanımağa başlayıb və qeyri-səmimi münasibətləri dərhal hiss edir:
“Məni sevən və sevməyən insanı yaxşı tanıyıram. Sevən insanın hər bir səhvi mənim üçün bal-şəkərdir. Amma məni istəməyən insanın səhvini qəlbimdə bağışlaya bilmirəm. Salam Allah salamıdır, verə də bilərəm, ala da bilərəm. Lakin bu, qəlbimin dərinliyindən gəlmir. Məclisdə qucaqlayıb öpsən də, nə qədər “sən mənim canımsan” desən də, gözəl sözlərlə məni bəzəsən də, içimdə bilirəm ki, məni sevmirsən. O insanı necə sevə bilərəm? Necə ki, qarşı tərəf yalandan salam verir, mən də salamını yalandan alıram. 15-20 yaşım olanda bunları unudurdum, amma indi elə deyil”.