🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yapon alimlər insanlarda yeni diş yetişdirən preparatın sınaqlarına başlayıb

Azərbaycan.media xəbər verir ki, Kyoto University Hospital alimləri insanlarda yeni dişlərin yetişməsini stimullaşdıran preparatın sınaqlarına başlayıblar.
Tədqiqatçılar dişlərin yenidən formalaşmasına mane olan USAG-1 adlı zülalın fəaliyyətini bloklamağa nail olublar.
Məlumata görə, siçanlar və gəlinciklər üzərində aparılan təcrübələr zamanı həmin zülalın bloklanması nəticəsində yeni dişlərin uğurla inkişaf etdiyi bildirilib.
Hazırda preparatın insanlar üzərində sınaq mərhələsi davam edir. Alimlərin fikrincə, layihə uğurlu nəticə verərsə, gələcəkdə implant və diş taclarına ehtiyac əhəmiyyətli dərəcədə azalacaq.
Tədqiqatçılar preparatın 2030-cu ildə bazara çıxarıla biləcəyini açıqlayıblar.