🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Merz: İran ətrafındakı münaqişə NATO müharibəsi sayılmır

Azərbaycan.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz İran ətrafında baş verən gərginliyin NATO müharibəsi kimi qiymətləndirilmədiyini açıqlayıb.
Bu barədə Almaniyanın nüfuzlu Frankfurter Allgemeine Zeitung (FAZ) nəşri məlumat yayıb.
Kanslerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bu qənaəti bölüşür və Vaşinqton rəsmi olaraq bu mövqeni qəbul edib.
Fridrix Merz bildirib ki, ABŞ-ın hazırkı addımları vəziyyətin yumşaldılmasına deyil, əksinə, daha da gərginləşməsinə səbəb olur. Onun fikrincə, bu addımlar sülhə aparmır və nəticəsi qeyri-müəyyən olan ciddi eskalasiya yaradır.
Kansler əlavə edib ki, Donald Trampla son telefon danışığı fikir ayrılıqları fonunda keçib. O vurğulayıb ki, ABŞ tərəfi Avropanın dəstəyinə ehtiyac duyursa, bunu əvvəlcədən bildirməlidir, mətbuat vasitəsilə sonradan deyil.
Merz həmçinin qeyd edib ki, Tramp bir neçə dəfə NATO-nun dəstəyinə ehtiyac duymadığını ifadə edib.