Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Xumar Qədimovanın ailəsində ağır itki baş verib.
Məlumata görə, tanınmış müğənninin əmisi qızı vəfat edib.
Sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək dərin kədərini ifadə edib. O, mərhumla bağlı xatirələrini bölüşərək, onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.
Xumar Qədimova paylaşımında yaxınını böyük sevgi ilə xatırladığını və bu itkinin onu sarsıtdığını qeyd edib.

