🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kreml: Putinlə Zelenski arasında görüş mümkündür, amma şərt var

Azərbaycan.media xəbər verir ki, Vladimir Putin ilə Volodimir Zelenski arasında Moskva xaricində görüşün keçirilməsi mümkün hesab olunur. Lakin bunun yalnız münaqişəyə son qoyulması prosesi tamamlandıqdan sonra baş tuta biləcəyi bildirilib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı danışıb.
Onun sözlərinə görə, belə bir görüş təkcə Moskvada deyil, istənilən başqa məkanda keçirilə bilər. Peskov qeyd edib ki, əsas şərt münaqişənin tam şəkildə həll olunmasıdır.
Kreml nümayəndəsi vurğulayıb ki, yalnız proses yekunlaşdıqdan və bütün məsələlər həll edildikdən sonra belə görüşün mənası ola bilər.
O əlavə edib ki, bunun üçün hələ “böyük həcmdə ev tapşırığı” görülməlidir və danışıqların yekunlaşması istiqamətində işlər davam etdirilir.