Azərbaycan.media xəbər verir ki, Rusiyanın Kuban bölgəsində məktəbdə atışma hadisəsi baş verib.
TASS agentliyinin məlumatına görə, doqquzuncu sinif şagirdi pnevmatik silahla digər şagirdlərə atəş açıb.
Hadisə nəticəsində iki şagird xəsarət alıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
