Azərbaycan.media xəbər verir ki, ABŞ-ın müharibədən çıxmaq niyyətində olduğu ilə bağlı iddialar güclənir. Britaniyanın The Independent nəşri İranın mövcud qarşıdurmada daha üstün mövqedə olduğunu yazıb.
Qəzetin təhlilinə görə, ABŞ prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün addımlar atır və bu, Vaşinqtonun strateji zəifləməsi kimi qiymətləndirilir. ABŞ daxilində benzinin qiymətinin kəskin artması administrasiyaya ciddi təzyiq göstərir və buna görə Tramp münaqişəni tezliklə bitirməyə çalışır.
Nəşr bildirir ki, ABŞ-nin geri çəkilməsi İsrail üçün risklər yarada bilər və Benyamin Netanyahu hökumətini regionda çətin vəziyyətə sala bilər. Təhlildə vurğulanır ki, Trampın sülh təşəbbüsləri əslində müharibəni davam etdirmək imkanlarının məhdudlaşdığını göstərir və bu da İranın mövqeyini gücləndirən əsas amillərdən biridir.
