Azərbaycan.media xəbər verir ki, Hindistanın neft emalı zavodları Rusiya nefti üçün ödənişlərdə dollardan istifadəni azaltmağa başlayıb.
Məlumata görə, bu barədə Bloomberg mənbələrə istinadən yazıb.
Bildirilir ki, artan geosiyasi gərginlik və ABŞ siyasətindəki dəyişikliklər fonunda Hindistan şirkətləri Rusiya neftini alternativ valyutalarla almağa üstünlük verirlər. Bu addımın əsas məqsədi dollardan asılılığı azaltmaqdır.
Qeyd olunur ki, ödənişlər əsasən Hindistan rupisi ilə həyata keçirilir və bu vəsaitlər daha sonra Çin yuanına, Birləşmiş Ərəb Əmirlikləri dirhəminə, eləcə də Honkonq və ya Sinqapur dollarlarına çevrilir.
Məlumata əsasən, Hindistan neft emalı zavodları təkcə aprel ayında təxminən 60 milyon barel Rusiya nefti idxal edib. Bu isə ölkənin enerji siyasətində mühüm dəyişikliklərin baş verdiyini göstərir.
