🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna MDB və Rusiya ilə bağlı 116 müqaviləni ləğv edib

Azərbaycan.media xəbər verir ki, Ukrayna Nazirlər Kabineti Rusiya, Belarus və MDB ilə bağlanmış ümumilikdə 116 beynəlxalq müqaviləni ləğv edərək ölkəni sovet dövründən qalan hüquqi mirasdan çıxarıb.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazir bildirib ki, Ukraynanın hüquqi bazası mövcud müharibə reallıqlarına və Avropada formalaşan yeni təhlükəsizlik arxitekturasına uyğunlaşdırılmalıdır. Onun sözlərinə görə, bu məqsədlə ölkəni Rusiya, Belarus və Müstəqil Dövlətlər Birliyi ilə bağlayan son hüquqi əlaqələrin kəsilməsi vacibdir.
Qərara əsasən, Ukrayna 25 müqavilədən çıxıb, 3-nü ləğv edib və ümumilikdə 88 beynəlxalq sazişə xitam verib. Bu sənədlərdən 5-i Rusiya, 23-ü Belarus, 87-si isə MDB ilə bağlı olub. Həmçinin Ukrayna, Rusiya və Belarus arasında imzalanmış bir üçtərəfli müqavilə də ləğv edilib.
Qeyd edək ki, bu addım Ukraynanın siyasi və hüquqi müstəvidə postsovet məkanından daha da uzaqlaşması kimi qiymətləndirilir.