Azərbaycan.media xəbər verir ki, martın 25-də Bakı şəhərinin bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrdə təmir işləri aparılacaq.
Təmir işləri martın 25-i saat 08:00-dan martın 26-sı saat 22:00-dək davam edəcək və bu müddət ərzində hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
