Azərbaycan.media xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanı növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Bu barədə Ukraynaya məxsus Teleqram kanalları məlumat yayıb.
Məlumata əsasən, endirilən zərbələr nəticəsində liman ərazisində yerləşən neft terminalında yanğın başlayıb. Hadisə yerində alovun geniş əraziyə yayıldığı bildirilir.
Eyni zamanda, Vıborq limanında da partlayışların qeydə alındığı vurğulanır.
Qeyd edək ki, bir neçə gün əvvəl də PUA hücumları səbəbindən Ust-Luqa limanı vasitəsilə neft ixracı müvəqqəti olaraq dayandırılmışdı.
