Azərbaycan.media xəbər verir ki, İsrailə edilən hücumlar nəticəsində mülki şəxslər və hərbçilər daxil olmaqla 4530-dan çox insan xəsarət alıb, onlardan 678-i azyaşlıdır.
Məlumata görə, ölənlərin sayı 19 nəfər təşkil edir. Onlardan 15 nəfər İran və Hizbullah hücumları nəticəsində həlak olub, bir nəfər dost atəşi səbəbindən, digər bir nəfər isə sığınacağa daxil olarkən ölüb. Livanda keçirilən quru əməliyyatlarında isə İsrail ordusu-nun iki hərbçisi həyatını itirib.
Xəsarət alanların əksəriyyəti yüngül xəsarət alıb. Eyni zamanda 41 müxtəlif bələdiyyədən 4829 mülki şəxs evlərindən təxliyə edilib və onların yaşayış yerləri yararsız hala düşüb. Ölkənin bir çox bölgəsində əyani təhsil prosesi dayandırılıb.
İsrail Hərbi Hava Qüvvələri tərəfindən İrana qarşı keçirilən əməliyyatlarda 10 000-dən çox bomba atılıb. Həmçinin Hizbullaha qarşı Livan ərazisində 2000-dən çox hədəfə zərbə endirilib. Fevralın 28-dən əvvəl xarici ölkələrdə olan 140 000-dən çox israilli öz ölkəsinə qayıdıb.
