Azərbaycan.media xəbər verir ki, Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində Mercedes Vita markalı mikroavtobus ilə VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
