Azərbaycan.media xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.
Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub. Orta təhsilini doğma rayonunda başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Hərbi xidmətini bitirdikdən sonra könüllü şəkildə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmətini davam etdirərək uzun illər silahlı qüvvələrdə fəaliyyət göstərib.
O, 2016 Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Gizir Pəncəli Teymurov Talış yüksəkliklərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib.
Qeyd edək ki, İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Pəncəli Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
