Azərbaycan.media xəbər verir ki, Antalya vilayətində səhər saatlarında baş verən dəhşətli yanğın 6 nəfərin həyatına son qoyub. Hadisə Kəpəz rayonunun Qazilər məhəlləsində, istixana təsərrüfatında çalışan əcnəbi işçilərin yaşadığı konteynerlərdə qeydə alınıb.
Yanğın nəticəsində eyni ailədən olan 26 yaşlı ana və onun yaşları 4-9 arasında dəyişən 5 uşağı həlak olub. Bildirilir ki, həyatını itirən qadın 7 aylıq hamilə imiş.
Faciə zamanı daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olaraq qalır, digərlərinin isə müalicəsi davam etdirilir.
İlkin ehtimallara görə, yanğına söndürülməmiş manqal səbəb olub. Faktla bağlı açılan cinayət işi çərçivəsində artıq 3 nəfər saxlanılıb.
