🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Netanyahu və Tramp arasında telefon danışığı: İranla yeni saziş ehtimalı müzakirə olunub

Azərbaycan.media xəbər verir ki,  The Times of Israel Benyamin Netanyahunun bəyanatına istinadən yazır ki, o, Donald Tramp ilə telefon danışığı aparıb.
Netanyahunun sözlərinə görə, ABŞ lideri müharibənin başa çatdırılması ilə bağlı İranla ABŞ və İsrailin maraqlarına uyğun yeni saziş bağlamaq imkanının yarandığını bildirib.
O qeyd edib ki, Tramp həm İsrail Müdafiə Qüvvələrinin, həm də ABŞ Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərdən istifadə etməklə müharibənin məqsədlərinə çatmağın mümkün olduğunu düşünür.
Eyni zamanda, Netanyahu vurğulayıb ki, İsrail dövlət maraqlarını qoruyaraq İran və Livandakı hədəflərə zərbələr endirməyə davam edir.