🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda Pakistan Günü münasibətilə möhtəşəm işıqlandırma – Heydər Əliyev Mərkəzi və Olimpiya Stadionu xüsusi rənglərə büründü

Azərbaycan.media xəbər verir ki, Publika.az-ın məlumatına görə, martın 23-də Bakıda yerləşən Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Pakistan bayrağının rənglərində işıqlandırılıb.
Məlumata əsasən, bununla bağlı Pakistanın Azərbaycandakı səfirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bildirilib: “Qardaş ölkələrimiz birlikdə Pakistan Gününü qeyd edir! Təşəkkürlər, Azərbaycan.”