Azərbaycan.media xəbər verir ki, İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi zərbələr, eləcə də Tehranın cavab tədbirləri nəticəsində Dubayı tərk edənlərin sayı minlərlədir.
Xarici KİV-lər şəhərdən çıxış yollarında çoxkilometrlik tıxacların yarandığını bildirir.
Bununla yanaşı, şahidlərin “RIA Novosti”-yə verdiyi açıqlamaya görə, Dubaydakı dünyanın ən hündür binası Burj Xəlifənin təxliyəsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
