🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxıb

Azərbaycan.media xəbər verir ki, İranın İsrail istiqamətində təxminən 30 ballistik raket buraxdığı bildirilir.

Bu barədə Teleqram kanalları xəbər yayıb. İsrail Müdafiə Naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb və ABŞ ordusunun İsrailin əməliyyatına dəstək verdiyi vurğulanıb.

İsrailin “12-ci kanal”ı ölkənin şimalında partlayışların baş verdiyini xəbər verib. Eyni zamanda Tayms of İsrail nəşri məlumat yayıb ki, İsrailin hava hücumundan müdafiə (HHM) sistemləri İran raketini zərərsizləşdirib və hazırda zərərçəkən yoxdur. Nəşr bildirir ki, İranın İsrailin mərkəzi hissəsinə doğru buraxdığı raket HHM vasitələri ilə qarşılanıb.

Məlumata görə, ballistik raketlərin buraxılmasından sonra İsrailin şimalında sirenlər yenidən işə düşüb. İsrail mediası isə bildirir ki, İran tərəfindən əlavə raket buraxılıb və yaxın dəqiqələrdə cənub bölgəsində sirenaların səslənəcəyi gözlənilir. Xəbərdarlıq alan sakinlərə bomba sığınacaqlarına keçmələri tövsiyə olunur.

Hazırda İsrailin şimalı fasiləsiz atəş altında qalır.