🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranın İsrailə raket hücumu barədə məlumat yayılıb

Azərbaycan.media xəbər verir ki, İranın İsrail istiqamətində onlarla ballistik raket atdığı bildirilir.

Bu barədə NourNews agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında qeyd olunub ki, ABŞ və İsrailin hücumuna cavab olaraq İran tərəfindən İsrailə doğru çoxsaylı ballistik raketlər buraxılıb.

Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.