🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Martın hava proqnozu açıqlandı: Temperatur normaya yaxın, bəzi yerlərdə daha yüksək olacaq

Azərbaycan.media xəbər verir ki, mart ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti təqdim edib. Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox ola bilər.

Bakı və Abşeron yarımadası
BakıAbşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, ayrı-ayrı günlərdə isə 20-25 dərəcə isti gözlənilir. Aylıq yağıntının iqlim normasına yaxın olacağı bildirilir (norma 20-27 mm).

Naxçıvan MR
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir. Gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti proqnozlaşdırılır. Yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 22-44 mm).

Qarabağ və ətraf rayonlar
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti olacağı bildirilir. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti gözlənilir. Aylıq yağıntı iqlim normasına yaxın olacaq (norma 36-52 mm).

Şərqi Zəngəzur
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperaturun 4-8 dərəcə isti olacağı ehtimal edilir. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti gözlənilir. Yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 39-52 mm).

Qərb bölgəsi
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzuli rayonlarında orta aylıq temperaturun 7-11 dərəcə isti olacağı proqnozlaşdırılır. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti gözlənilir. Yağıntının əsasən normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 19-48 mm).

Şimal və şimal-qərb rayonları
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər isə 6-11 dərəcə isti gözlənilir. Aylıq yağıntının normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 23-90 mm).

Mərkəzi Aran
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 8-11 dərəcə isti olacağı gözlənilir. Gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti proqnozlaşdırılır. Yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 24-45 mm).

Cənub bölgəsi
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturun 6-9 dərəcə isti olacağı gözlənilir. Gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər isə 7-12 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti gözlənilir. Aylıq yağıntının iqlim normasına yaxın olacağı bildirilir (norma 56-112 mm).